Onlayn ictimai-siyasi qəzet
General-leytenant Sergey Naev Rusiya Federasiyasının genişmiqyaslı işğalının başladığı vaxtda Ukraynanın Birləşmiş Müdafiə Qüvvələrinin komandanı vəzifəsində çalışıb.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, o, " müharibənin ilk günləri barədə danışıb və maraqlı açıqlamalar verib.
Onun sözlərinə görə, 2022-ci ilin fevralın 23-də onun komandanlıq məntəqəsinə hücumun ertəsi gün başlayacağını bildirən heç bir rəsmi məlumat daxil olmayıb:
"Mən – Ukrayna Müdafiə Qüvvələrinin komandanı olmuşam. Mənə yazılı şəkildə “sabah müharibə başlayır” deyə bir məlumat verilmədi. Axşam saatlarında, təxminən 22:00 radələrində mənim kəşfiyyat rəisim – polkovnik dostlarından qeyri-rəsmi yolla informasiya alıb. Bu məlumat ona uyğun bir messencer vasitəsilə dostu tərəfindən göndərilir. Məlumat iki rus əsgəri arasında gedən söhbətə əsaslanıb. Həmin əsgərlər isə öz aralarında 24 fevral səhər saat 6-da rus pilotsuz uçuş aparatının Sumı vilayəti ərazisində rus tank kolonunun üzərində olacağını müzakirə edirmişlər", – deyə Naev bildirib.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ