İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan: Bakı sülhün reallığa çevrildiyini göstərdi

“Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə qərarı bizim nəqliyyat marşrutlarımızın tədricən şaxələndirilməsinin sübutudur”.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat, Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan bəyan edib.

“Ondan əvvəl müxalifət 8 avqustda Vaşinqtonda imzalanmış sənədin guya rəsmi İrəvanın birtərəfli güzəştindən başqa bir şey olmadığını bildirmişdi”, - deyə Rubinyan qeyd edib.

O, nümunə kimi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın son çıxışını gətirib. Köçəryanın sözlərinə görə, ABŞ-da əldə olunmuş razılaşmanın nəticəsində bütün dövlətlər, Ermənistan istisna olmaqla, konkret faydalar əldə edəcəklər.

“İndi bu birtərəfli güzəşt nədən ibarətdir, əgər ölkəmiz birbaşa Azərbaycan və Gürcüstan ərazisindən Qazaxıstandan taxıl almaq imkanı əldə edirsə? Söhbət təkcə taxıldan getmir. Məsələ ondadır ki, biz nəhayət şaxələnmə mənbələri əldə edirik. Dünən eşitdiyimiz bəyanatı həqiqətən inqilabi adlandırmaq olar. Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, qəbul edilən qərar sülhün artıq təkcə kağız üzərində deyil, həm də reallıqda olduğunun daha bir sübutudur. Bəs nə üçün müxalifət və müxalifət mətbuatı növbə ilə Əliyevin bu sözlərini sitat gətirmir?”, - deyə vitse-spiker parlamentdə müxalifətə müraciət edərək bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR