İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Qazaxıstana 600 milyon dollar ZİYAN VURDU

Ukrayna kamikadze dronlarının Rusiyanın Krasnodar diyarında yerləşən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) neft ötürmə stansiyasına endirdiyi zərbə Qazaxıstana ciddi iqtisadi ziyan vurub.

Musavat.com xəbər verir ki, "Transneft" şirkətinin məlumatına görə, hücum nəticəsində obyektin dam örtüyü, qaz-turbin qurğusu, kabellər və kabel estakadası zədələnib, iki transformator tamamilə sıradan çıxıb. Hadisədən sonra "Kropotkinskaya" stansiyası təcili olaraq fəaliyyətini dayandırıb. Hal-hazırda "Tengiz-Novorossiysk" magistral boru kəməri üzrə neft ötürmə prosesi təxirəsalınmaz rejimdə aparılır. "Transneft" rəsmiləri bildiriblər ki, təmir işləri 1,5–2 ay davam edəcək, bu da Qazaxıstan neftinin ixracının 30% azalmasına səbəb olacaq.

Qazaxıstanın Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü Baydildinovun "KazTAG" agentliyinə verdiyi məlumata görə, hücum nəticəsində ölkə 600 milyon dollar itirəcək.

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Rusiya Federasiyası, Qazaxıstan və aparıcı hasilat şirkətlərinin iştirakı ilə ən böyük beynəlxalq neft nəqli layihəsidir. Bu boru kəməri vasitəsilə neft Novorossiysk yaxınlığında yerləşən "Yujnaya Ozereyka" dəniz terminalına çatdırılır və buradan dünya bazarlarına tankerlərlə nəql olunur. CPC-nin əsas səhmdarları sırasında "Transneft" (Rusiya), "KazMunayGaz" (Qazaxıstan), "Chevron", "Lukoil", "ExxonMobil", "Rosneft" və "Shell" yer alır.

2023-cü ildə "Kropotkinskaya" stansiyası vasitəsilə 63 milyon ton neft nəql olunub, bunun 74%-i Qərb sifarişçilərinə çatdırılıb. "Chevron" şirkəti təkcə 2024-cü ildə CPC vasitəsilə 26,8 milyon ton neft ixrac edib, bu isə şirkətin ümumi hasilatının 20%-ni təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR