İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Rusiya ilə bağlı QƏRAR VERƏCƏK - Aprelin 3-də...

UEFA Rusiyanın beynəlxalq futbol turnirlərinə mümkün qayıdışı məsələsini nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Independent" nəşri məlumat yayıb.

Məlumata görə, bu məsələ aprelin 3-də Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan UEFA konqresində müzakirə oluna bilər.

Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Ukraynada baş verən hadisələr səbəbindən 2022-ci ildən etibarən Rusiya milli komandalarını və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR