İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib

UEFA Avropa Liqasında finalçılar bəlli olub.

APA xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubu Şotlandiyada "Reyncers" klubu ilə qarşılaşıb. Qlazqodakı "Aybroks" stadionunda oynanılan matç ev sahibinin 3 :1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə hesab 3 :2 "Reyncers"in xeyrinə olub.

Günün digər matçında İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirib.

Oyun 1 :0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə bitib.

Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq final qarşılaşmasında "Reyncers" - "Ayntraxt" klubları üz-üzə gələcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR