İnsanlara hürriyət, millətlərə istiqlal!

Tıxac problemi buna görə həll edilmir? - ŞOK EDƏN AÇIQLAMA

Paytaxtın elə bir günü yoxdur ki, tıxacsız, izdihamsız keçsin. Hansı tərəfə boylansaq, orada çoxlu sayda adam görürük. Həmin şəxslər ya dərsə, ya da işə gedir. Hamı tələsir. Elə bunun səbəbi də tıxacda lüzumsuz yerə itirdiyimiz vaxtdır.

Şəhərətrafı qəsəbələrdən mərkəzə gələn insanların vaxtının çoxu tıxaclarda keçir. Bu hal əhalinin səhhətinə, psixologiyasına da müəyyən qədər təsir edir. Cəmiyyətdə stres faktorunun, cinayətlərin artmasının da mövcud vəziyyətlə bağlı iolduğunu iddia edənlər az deyil.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Samirə Bağırova iddialara belə cavab verib: 

resize.php - 2024-09-23T174347.660.jpg (56 KB)

“Onu deyə bilərəm ki, problemi hər kəs bilir, amma kimsə nəyisə yaxşılaşdırmaq üçün hərəkətə keçmir. Çünki sərf eləmir. Belə ki, stress olmasa xəstəliklər olmayacaq, apteklərdə dərmanlar satılmayacaq, səhiyyənin gəliri azalacaq. Bütün xəstəlikləri tətikləyən ilk və ən başlıca səbəb stressdir. Xəstəlik isə əsas gəlir mənbəyidir. Hətta diqqət etsəniz, qəsəbələrdə hər addımda apteklər mövcuddur. Bu özü şüuraltı tətikləməkdir. Azərbaycan ancaq Bakıdan ibarətdir. Azərbaycan deyəndə ağıla ancaq Bakı gəlir. Çünki xəstəxanalar, universitetlər, günü-gündən sayı artan özəl bağçalar, mərkəzlər, hətta bəzi zavodlar Bakıda yerləşir ki, bu da böyük bir xaosdur. Bölgələrdə klinikalar, əməliyyat şöbələri, təhsil ocaqları olmadığından kənd əhalisi məcburən Bakıya axın edir”.

Psixoloq qeyd edib ki, sürücülük qaydasından tutmuş, mədəniyyət qaydalarına kimi hər mövzuda xaotik dönəm yaşayırıq:

“Hər şeyimiz tərsinədir. COP29 üçün yol çəkirlər, sonra söküb yer altı boru çəkirlər, sonra bir də sökürlər ki, kanalizasiya anbarları asfaltın altında qalıb. Bina fasad üzlüklər təmir olunub, işi bitirib zir-zibili binanın ətrafında saxlayıblar. Səliqə - səhman, mədəniyyət, disiplin deyə bir şey yoxdur. Üstəlik, bununla maraqlanan da yoxdur. Normalda universitetlər paytaxtdan kənara köçməlidir, tələbələr şəhərciyi və tələbələr üçün otel yaradılmalıdır. Eləcə də, böyük xəstəxanalar, rəsmi idarələr, zavodlar paytaxtdan kənara köçməlidir. Bakı şəhəri, sadəcə, mədəniyyətini, incəsənətini nümayiş etdirən paytaxt olmaqdan, böyük bir bazara dönüb. Bəlkə də hər şey elə düşünülmüş şəkildə baş verir ki, stress sayəsində xəstəliklər və cinayətlər çoxalsın. Növbə, tıxac, qayda, mədəniyyət pozuntusu, durmadan siqnala basanlar, ayrıca insanların həyatlarında baş verən şəxsi problemləri, bunların hamısı hər gün damla-damla stress yaradaraq, şüuraltında yığılaraq psixploji pozuntuya səbəb olur ki, sonluğu da ya cinayətlə, ya xəstəliklə nəticələnir. Çoxalması üçün də stressi yaratmaq lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR