Onlayn ictimai-siyasi qəzet
İndiki mərhələdə Rusiyanın Cənubi Qafqazdakı siyasəti situasiya xarakteri daşıyır, çünki Rusiya hakimiyyətinin diqqətini Ukrayna hərbi əməliyyatlar teatrı və NATO bloku ilə qarşıdurma yayındırır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli politoloq və şərqşünas Karine Gevorqyan tərəfindən səslənib.
“Bu gün qaz kəməri kommunikasiyalarının əsasən Türkiyə ərazisindən keçdiyini nəzərə alsaq, Rusiya bu kommunikasiyalardan situasiya asılılığında qalıb. Böyük dərəcədə karbohidrogen şirkətlərinin, o cümlədən “Qazprom”un maraqları Rusiyanı iran və Ermənistanın ziddinə addıma atmağa vadar edir”, -deyə o qeyd edib.
Onun sözlərinə görə, bu gün Rusiya Sünik vasitəsilə kommunikasiyaların açılmasında israr edir əvəzində isə öz zəmanətlərini təklif edir. “Lakin aydındır ki, Qarabağda baş verənlərdən sonra İran tərəfi bu təminatlara böyük şübhə ilə yanaşır. Məhz bu məqamda Rusiyanın 9 Noyabr sənədinin 9-cu bəndində israrçı olması İran tərəfinin narazılığına səbəb olub. Bu, artıq Ermənistanın maraqlarından da kənara çıxır”, -deyə Gevorqyan bildirib.
Gevorqyanın fikrincə, İran üçün Cənubi Qafqaz ərazisi İran tərəfinə əsas təhlükə olaraq qəbul olunan zonadır. Rusiya diplomatiyası və rus isteblişmenti üçün isə Cənubi Qafqaz prioritet sahə sayılmır. Tehran bunu görür, çünki onlar öz təhlükəsizliklərindən çox narahatdırlar.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ