Onlayn ictimai-siyasi qəzet
Aktrisa Nəzakət Məmmədova "Elgizlə izlə" verilişində ailəsindən danışıb.
Nəzakət Məmmədova bu sözləri deyib:
"Oğlum həyat yoldaşından ayrılıb. Qızın ailəsi indi də bizdən əl çəkmir. Bütün cehizləri aparıblar, amma buna baxmayaraq bizi məhkəməyə veriblər ki, guya cehizlər, qızıllar evdə qalıb. Amma bizim şahidimiz var ki, əşyaları evimizdən çıxarıblar. Xətai Rayon Məhkəməsi qərar çıxardı, sonra qızın ailəsi Apellyasiya Məhkəməsinə şikayət etdilər. Çünki onların iddiası təmin olunmadı. Apellyasiya Məhkəməsi qərar çıxardı ki, hər şey bizdə qalıb. Biz də Ali Məhkəməyə müraciət etdik. Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını təsdiq etdi. Üç il ərzində kassasiya şikayəti vermək mümkündür. Oğlum 8 ay evli olub. Övladı yoxdur"./Teleqraf.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ