Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu Livanın cənubundakı yaşayış massivində silah-sursat anbarını vurub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Livanın sözçüsü Reuters-ə bunları bildirib: "1989-cu ildə vətəndaş müharibəsinin bitməsindən bəri ölkədə ən ölümcül gün bu gündür".
Hazırda İsrailin böyük şəhəri Hayfanın bəzi hissələrində və Karmel dağı bölgəsindəki bir neçə şəhərdə raket xəbərdarlığı sirenləri səslənir. Siqnallar Hayfa şəhərinin Neşer qəsəbəsində, həmçinin İsfiya, Kiryat Ata, Daliyat əl-Karmel və Şefa Amrda aktivləşdirilib.
Qeyd edək ki, İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.
Afaq,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ