Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti Yandex Go və Yandex Pro proqramları vasitəsilə taksi xidməti təklif edən Ridetech Georgia şirkətini 4 min lari (1,4 min dollardan çox) cərimələyib.
Musavat.com xidmətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, qərara səbəb şirkətin Rusiyada yerləşən serverlərlə əlaqə saxlamasıdır.
Fərdi Məlumatların Mühafizəsi Xidməti hesab edir ki, Rusiyada yerləşən serverlərlə əlaqə zamanı Yandex xidmətlərindən istifadə edən sərnişinlər və sürücülər haqqında şəxsi məlumatlar Rusiyaya ötürülə bilər. Xidmət qeyd edir ki, yoxlamadan əvvəl Ridetech Georgia şirkəti özü onlarla əlaqə saxlayıb və şəxsi məlumatların Rusiyaya ötürülməsinə icazə istəyib, lakin Gürcüstan tərəfi bundan imtina edib.
Fərdi Məlumatların Mühafizəsi Xidməti şirkətə məlumat bazasının qlobal şəbəkə ünvanı (IP ünvanı) vasitəsilə Rusiyaya ötürülməsini dayandırmağı əmr edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ