Onlayn ictimai-siyasi qəzet
“Zəngəzur dəhlizi” kommunikasiya məsələsi deyil. Türkiyə və Azərbaycan istəsələr, İran ərazisindən yük daşıya bilərlər. Onlar, əslində, bu ərazini ələ keçirmək və Ermənistanı İranla birbaşa əlaqədən məhrum etmək istəyirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi yerli politoloq Artur Xaçikyandır.
“Bundan sonra Ermənistan məhv ediləcək, ruslar gedəcək. Beləliklə, Türkiyənin, Azərbaycanın və Qərbin arzusu gerçəkləşəcək”, - deyə, erməni ekspert iddia edir.
Xaçikyanın “proqnozuna” görə, əvvəlcə dəmir yolu olacaq, bundan sonra həmin ərazisi ekstraterritorial status qazanacaq. Türk qoşunları oraya girəcək və heç vaxt çıxmayacaq.
“Türklər çoxdan Suriyadadırlar və onlara heç kim heç nə demir. Eynilə onlar Sünikə girə bilərlər. Ola bilsin ki, İranın narahatlığı bununla bağlıdır”, - deyə, Xaçikyan qeyd edib.
“Bundan bir neçə ildən sonra isə Ermənistan yox olacaq, İstanbuldan Bakıya qədər böyük bir Türkiyə yaranacaq. Azərbaycan və Türkiyə Qərbə başa sala bilər ki, əgər İrana qarşı döyüşməyimizi, Rusiyanın buralardan getməsini istəyirsinizsə, Rusiya Federasiyası ilə İranın bir-biri ilə heç bir əlaqəsi olmasını arzulayırsınızsa, güclənməyimizə kömək edin. Bu, 100 faiz Qərbin maraqlarına uyğundur”, - deyə, Xaçikyan tipik ermənisayağı təxminlərini dilə gətirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ