İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN rəhbəri: ABŞ-dan mesajlar gəlir, vasitəçilərlə cavab verəcəyik

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın son hərbi zərbələrindən sonra Tehran Qərbə, xüsusilə də Vaşinqtona olan etimadını böyük ölçüdə itirib. Onun sözlərinə görə, ABŞ-ın bu kimi addımları İranın Qərblə danışıqlar aparmaq üçün əsas tapa bilməməsinə səbəb olub.

Musavat.com-un məlumatına görə Əraqçi vurğulayıb ki, hazırda Tehran ABŞ-la danışıqları kimlə aparmalı olduğunu dəqiq bilmir və bu qeyri-müəyyənlik diplomatik prosesin qarşısını alır. O qeyd edib ki, Vaşinqton müxtəlif kanallarla İrana mesajlar göndərməkdə davam edir, lakin İran bu mesajlara birbaşa cavab vermək əvəzinə, zəruri hallarda vasitəçi ölkələr vasitəsilə mövqeyini bildirəcək.

Nazir həmçinin əlavə edib ki, regionda sabitliyin bərpası üçün gərginliyi artıran hərbi əməliyyatlara son qoyulmalı və diplomatik mexanizmlərə üstünlük verilməlidir. Onun fikrincə, ABŞ-ın təhdid və güc tətbiqi siyasəti nəticə vermir və yalnız qarşıdurmanı daha da dərinləşdirir.

Rəsmi Tehran vəziyyəti diqqətlə izləyir və beynəlxalq vasitəçilərlə əlaqə saxlayaraq mövqeyini çatdırmaqda davam edir. Əraqçi qeyd edib ki, İran sülh və sabitlik tərəfdarıdır, lakin etibarsız tərəflərlə danışıqlara başlamaq üçün real zəmin tələb olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR