 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Türkiyə-Azərbaycan qardaşlığına yeni töhfə gəlir.
 Musavat.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu Azərbaycana rəsmi səfər edəcək.
Səfər çərçivəsində general Bakıda keçiriləcək anım tədbirlərində iştirak edəcək. 
Bu mərasimlər Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı ilə Bakıya gəlişinin və şəhəri bolşevik işğalından azad etməsinin 107-ci ildönümünə həsr olunub.
Tədbirlər Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önündə və Şəhidlər Xiyabanında keçiriləcək.
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ