 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllının Diyallı kəndində bir yaşlı qız su arxına düşərək vəfat edib.
Musavat.com-un məlumatına görə, “Baku TV” hadisənin baş verdiyi yerdən süjet hazırlayıb.
Qonşu Əmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisəyə uşağın 2-3 dəqiqə ərzində anasının gözündən yayınması səbəb olub: “Yoldaşı hadisə vaxtı işdə olub, heyvanları yaylağa aparıb. Anasının həyətdə başı qarışıb, gözündən yayınıb. Nəticədə uşaq suya düşüb boğulub”.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Daha ətraflı videomaterialda:
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ