İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ardından Rumıniya sahillərində də mina tapıldı

Rumıniya sahillərində bu gün dənizdə gəzən mina tapılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi xəbər edib.

Həmin mina Rumıniyanın “Olimpus 1” balıqçılıq gəmisində “Capu Midia” rayonunda aşkar edilib.

Yerli “Digi24” saytının informasiyasına əsasən “Vitse-admiral Konstentin Balesku” adlı mina tralı Rumıniyaın Korbu və Nevodar şəhərlərindən 70-72 km aralıda axtarışlara başlayıb.

Xatırladaq ki, bu ilin mart ayının 26-da Türkiyə mina təhlükəsinə görə Bosfor boğazında gəmilərin hərəkətlərini müvəqqəti olaraq dayandırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR