İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı -Fotolar

Türkiyənin tanınmış ailələrindən olan Feryal Gülmanla keçmiş həyat yoldaşı, iş adamı Kamal Gülmanın oğlu Aslan Kamal Gülman evlənir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Aslanın azərbaycanlı xanım Məryəm Mehdiyeva ilə nişanı olub. Mərasim ötən gecə Moskvada yalnız ailə üzvlərinin iştirakı ilə baş tutub.

Cütlüyün toyu gələn il olacaq.

Qeyd edək ki, Aslan və Məryəm 2 ildir sevgilidir. Məryəm Londonda təhsil alıb və Biznesin idarə olunması fakültəsini bitirib.

Onu da qeyd edək ki, türkiyənin məşhur ailələrindən olan Feryal Gülmanla Kemal Gülman 2021-ci ildə 8 il davam edən boşanma prosesindən sonra rəsmən ayrılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR