Onlayn ictimai-siyasi qəzet
“Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında ABŞ-nin yeni dövlət katibi Marko Rubionun ölkəsinin Azərbaycanla Ermənistan arasında "dayanıqlı və ləyaqətli sülh" istədiklərini vurğulaması ilk baxışda belə təəssürat yaradır ki, o da bizim regiona yanaşmada sələfi Blinkenin siyasətini yeritmək fikrindədir”.
Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib.
Deputatın fikrincə, çünki bu "dayanıqlı və ləyaqətli sülh" ifadəsini Blinken tez-tez işlədirdi: “Amma məsələ burasındadır ki, regionda dayanıqlı və ləyaqətli sülhün yaranmasında Azərbaycan hər kəsdən, ilk növbədə də Birləşmiş Ştatlardan daha çox maraqlıdır. Sadəcə, Blinken bu ad altında tamamilə başqa niyyət güdürdü. Qonşularına qarşı ləyaqətsiz daranmış və davranmaqda davam edən, üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəməyən, yəni dayanıqsız siyasət yeridən işğalçı ölkənin, eləcə də ondan geosiyasi alət kimi faydalanmağa çalışan güclərin maraqlarına cavab verən bir anlaşma imzalatmaq idi, Dövlət Departamentinin keçmiş rəhbərliyinin məqsədi”.
S.Alıyev bildirib ki, əsl ləyaqətli və dayanıqlı sülh isə məhz bunun əksini tələb edir: “Əgər dünyada işğallara son qoymaq istənilirsə, onda işğalçının, həm də savaşı uduzaraq təslimçilik aktı imzalamış işğalçının maraqlarının daha çox təmin edildiyi bir sülh anlaşması ləyaqətli və dayanıqlı sayıla bilməz. Üstəlik, nə ləyaqətli biri belə təklifdə bulunar, nə də ləyaqəti olan ona əməl edər. Necə ki, Azərbaycan etmədi.
Cənab Rubio yəqin bunu bilməmiş deyil. Ona görə də onun təklif etdiyi “dayanıqlı və ləyaqətli sülh" Blinkeninkindən məzmunca fərqlənməlidir. Fərqlənirmi, görəcəyik”.
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ