Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp hesab edir ki, OPEK-in neftin qiymətini aşağı salması avtomatik olaraq Ukraynadakı münaqişənin sona çatmasına səbəb ola bilər.
Musavat.com xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı Helena qasırğasının nəticələrinin aradan qaldırılmasının gedişatı ilə tanış olacağı Eşvillə (Şimali Karolina) gedərkən jurnalistlərlə söhbəti zamanı verib: "Biz istərdik ki, OPEK neftin qiymətini aşağı salsın və bu, Ukraynada baş verən faciəni avtomatik dayandıracaq".
Onun fikrincə, “münaqişəyə son qoymağın sürətli yolu OPEC-in bu qədər pul qazanmağı dayandırması və neftin qiymətini aşağı salmasıdır”: “Əgər neft qiymətləri yüksək olarsa, bu münaqişəni dayandırmaq o qədər də asan olmayacaq”.
Trampın bu açıqlamalarına Rusiya prezidenti Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən münasibət bildirib. O deyib ki, Rusiya və ABŞ-ın enerji sektorunda müzakirə edəcəyi çox şey var, çünki həm çox aşağı, həm də çox yüksək enerji qiymətləri hər iki iqtisadiyyat üçün zərərlidir: “Rusiya və deyək ki, Amerika iqtisadiyyatları üçün nə xarakterikdir? Biz nəinki ən böyük enerji ehtiyatları istehsalçılarından biri deyilik, həm də enerji resurslarının ən böyük istehlakçılarıyıq. Bu o deməkdir ki, həm bizim, həm də Amerika iqtisadiyyatı üçün çox yüksək qiymətlər pisdir, çox aşağı qiymətlər də çox pisdir”.
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ