Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp praqmatik və ağıllı şəxsdir. Onun Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı qərar verəcəyini güman etmirəm. Bu, ABŞ iqtisadiyyatına da ziyan vuracaq.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin ABŞ-li həmkarı ilə 2017-ci ildən 2021-ci ilə kimi, yəni Trampın ilk prezidentliyi dövründə onunla işlədiyini xatırladıb və bir daha qeyd edib ki, Moskvanın ABŞ-ın hazırkı administrasiyası ilə kifayət qədər, o cümlədən iqtisadi sahədə təmas nöqtələri var. Buna görə də Putin Trampın Rusiyaya qarşı olsa belə, ABŞ iqtisadiyyatının ziyanına hər hansı qərar verəcəyinə şübhə edir.
Nigar,
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ