İnsanlara hürriyət, millətlərə istiqlal!

4 yaşlı oğlunu öldürüb zibilliyə ATDI

Ana 4 yaşlı oğlunu öldürüb zibilliyə atdıYozgatın Boğazlıyan rayonunda M.S. adlı qadın Polis Şöbəsinə gedərək 6 ay əvvəl 4 yaşlı oğlu E.Ç-ni öldürərək zibilliyə atdığını etiraf edib.

Ana etirafından sonra həbs olunub. Polis uşağın meyitini tapmaq üçün axtarış əməliyyatına başlayıb, lakin axtarışlar heç bir nəticə verməyib. Yozgat Respublika Prokurorluğu məsələ ilə bağlı istintaqı dərinləşdirib.

Araşdırma zamanı M.S-nin ikinci evliliyi davam edərkən övladını münasibətdə olduğu başqa şəxsdən dünyaya gətirdiyi müəyyən edilib.

Uşağın atası ifadə üçün axtarılır.

Faktla bağlı istintaq davam edir. /Sonxeber.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Yanvar 2025

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR