Onlayn ictimai-siyasi qəzet
Türkiyənin kurortlarında Yeni il tətili birtərəfli uçuşdan daha ucuz başa gəlir.
Musavat.com xəbər verir ki, Rusiya Turoperatorları Assosiasiyası (ATOR) bu barədə rusiyalılara xəbərdarlıq edib.
Mütəxəssislərin fikrincə, dekabrın sonunda turlar adambaşına 30 min (555 manat) rubla satılır, ancaq eyni dövr üçün Moskvadan Antalyaya uçuş 35 min rubla başa gəlir. Mütəxəssislər belə tariflərin yaranmasını üç və dörd ulduz kateqoriyalı otellərdə qalan boş yerlərlə izah ediblər.
Məsələn, “Coral Travel” və “Pegas Touristik” daha sərfəli təkliflər irəli sürür. İkinci turfirmanın təklifinə görə, dördulduzlu oteldə yerləşmə və dekabrın 28-də yola düşmə iki nəfər üçün 57 min rubla başa gələcək. “Coral Travel” isə üçulduzlu oteldə tətili 61 min rubla təklif edir
Bir müddət əvvəl ki, Türkiyədə Yeni il tətillərinin ucuzlaşdığı, turların 30 faizdən çox endirimlə satıldığı bildirilirdi. Rusiya Beynəlxalq Turizm Akademiyasının turizm və otel biznesi departamentinin rəhbəri Roman Arseni deyir ki, hələ noyabr ayında qış mövsümündə bahalı otellərdə istirahətin iki nəfər üçün təxminən 230 min rubla başa gəlirdi.
Onu da qeyd edək ki, ruslar üçün Yeni il tətilinə gedə biləcəkləri 8 əlçatan isti ölkədən biri Türkiyədir.
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ