İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ölkənin NATO-dan çıxması tələbi ilə kampaniya BAŞLADI

Türkiyənin “Ana Vətən” Partiyası ölkənin NATO-dan çıxmasını tələb edir.

Konkret.az xəbər verir ki, bu barədə partiyanın lideri Doğu Perincek Tvitter hesabında yazıb.

Yanvarın 19-da Türkiyənin “Ana Vətən” Partiyası respublika hakimiyyətini Şimali Atlantika Alyansından çıxmağa çağıran kampaniyaya başlayıb.

“Güclü NATO Türkiyə üçün güclü təhdid deməkdir”, – deyə partiyanın lideri Doğu Perincek Tvitter hesabında yazıb.

Qeyd olunur ki, partiyanın dəstəyi ilə müvafiq petisiyalar üçün imza toplamalar, həmçinin alyansın hərbi bazalarının Türkiyə ərazisində yerləşdirilməsinə qarşı mitinqlər və etiraz aksiyaları təşkil olunacaq.

Siyasi hərəkatın iştirakçıları antiamerikan xəttə sadiqdirlər. Belə ki, Perincek dəfələrlə ABŞ Silahlı Qüvvələrinin Türkiyədə olmasına qarşı çıxıb, həmçinin Pentaqondan F-16 qırıcılarının alınması ilə bağlı sövdələşmənin müzakirəsini bağlamağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR