Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Eskişehir bölgəsində bir nəfər üzü maskalı şəxs parkda oturan 5 nəfərə bıçaqla xəsarət yetirib.
Musavat.com xəbər verir ki, balta və bıçaqla silahlanmış, "bronjilet" geyinən 18 yaşlı gənc oğlan qarşısına keçənləri bıçaqlayıb və canlı olaraq yayınlayıb. Görüntülərdən məlum olur ki, o üzünə kəllə skleti şəkilli maska taxıb.
Onun komputer oyununun təsirindən bu hərəkəti etdiyi bildirilir. Belə ki, o, silahlı hərbi komputer oyunu oynadıqdan sonra küçədə camaata hücum edib. Onun 5 nəfəri yaraladığı bildirilir.
A.K. ad-soyadlı gənc polis tərəfindən saxlanılıb.
Türkiyədə nasist simvolları olan şəxs məscidə hücum edib.
Musavat.com xəbər verirşi, nasist nişanlı və quru kəllə şəkilli maska taxan şəxs Eskişehir rayonunun Təpəbaşı məscidinə hücum edib. O, 7 nəfəri bıçaqla yaralayıb, birini isə balta ilə öldürüb.
O yaxınlıqda polis patrulu tərəfindən saxlanılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım maşını zərərçəkənləri xəstəxanaya yerləşdirib.
Hadisəni törədən şəxsin on səkkiz yaşlı yeniyetmə olduğu bildirilir. Onun hərbi xarakterli “kompüter oyunlarının təsiri altında olduğu” qeyd edilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ