İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyədə "Akkuyu" AES-in ilk bloku 2024-cü ildə istismara veriləcək" - Putin

Türkiyədə Akkuyu AES-in ilk blokunun gələn il işə salınması planlaşdırılır, bu sahədə ölkələr arasında əməkdaşlığın inkişafı üçün perspektivlər var.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqları açarkən bildirib.

“Akkuyu AES-in tikintisi davam edir və indi Rusiya nüvə yanacağının ilk partiyasının "Akkuyu"ya çatdırılmasından sonra Türkiyə sözün tam mənasında beynəlxalq nüvə dövlətləri klubunun üzvü olub. Gələn il hər şey plan üzrə gedir, birinci bloku işə salacağıq. Burada əməkdaşlığımızı davam etdirmək üçün maraqlı mümkün variantlar var”, - deyə Putin bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR