İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə tərəfi sahil sularında batmaq təhlükəsində olan 44 qaçqını xilas edib

Türkiyənin hərbi dəniz qüvvələrinin sahil mühafizə komandanlığı Egey dənizində batmaq təhlükəsində olan 44 (qeyri-türkiyəli) qaçqının həyatını qurtarıb.

AZƏRTAC Türkiyə KİV-inə istinadla xəbər verir ki, qaçqınlardan 11-i İzmirin Çeşme rayonu sahillərində xilasedici gödəkcələrdə ölümlə çarpışdıqları halda sahil mühafizə komandanlığının gəmisi tərəfindən xilas edilib. Digər 33 nəfər isə Menderes rayonunun ərazi sularında rezin qayıqda batmaq təhlükəsində olublar. Bildirilir ki, həyatı təhlükədə olan qaçqınlar Yunanıstan tərəfindən məcburi qaydada Türkiyənin ərazi sularına itələniblər. Xilas edilən qaçqınlara ilk yardım göstəriləndən sonra İzmir Miqrasiya İdarəsinə təhvil verilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR