Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 6-da keçirilən mətbuat konfransında Suriyada fəaliyyət göstərən kürd YPG milis qrupunun tamamilə məhv edilməsinin yaxın olduğunu bildirib.
Musavat.com xəbər verir ki, nazir Ankaranın YPG-nin Suriyada mövcudluğunu davam etdirməsinə imkan verəcək heç bir siyasəti qəbul etməyəcəyini qəti şəkildə vurğulayıb.
H.Fidan iordaniyalı həmkarı Ayman Safadi ilə birgə keçirdiyi mətbuat konfransında bölgədə baş verən hər hansı bir planı həm izləmə, həm də pozma gücündə olduqlarını qeyd edib: “Biz yalnız hadisələri izləyən deyil, eyni zamanda bölgədə qurulan hər cür planı pozma gücünə sahibik”.
Bu açıqlama Türkiyənin Suriyadakı hərbi strategiyasını və YPG-yə qarşı qətiyyətli mövqeyini bir daha nümayiş etdirib.
Xatırladaq ki, Türkiyə YPG-ni PKK terror təşkilatının bir uzantısı hesab edir və qrupun Suriyada hər hansı bir şəkildə mövcudluğunu milli təhlükəsizliyinə təhdid olaraq görür.
Türkiyənin bu mövqeyi beynəlxalq səviyyədə müzakirələrə səbəb olub, xüsusilə də ABŞ və bəzi Qərb ölkələri ilə YPG-yə dair mövcud fikir ayrılıqlarını artırıb.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ