Onlayn ictimai-siyasi qəzet
Hadisə 43 yaşlı keçmiş futbolçu Serhat Akının ekspert kimi çalışdığı kanallardan birinin televiziya studiyasının yaxınlığında baş verib. Daha sonra o,fotosunu X-in sosial şəbəkəsində yerləşdirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat xarici mediada yayılıb.
Onun həmkarı İbrahim Seten iddia edir ki, iki maskalı şəxs motosikletlə eks-futbolçuya yaxınlaşaraq ona üç dəfə atəş açıb. Güllələrdən biri sol ayağına dəyib.
Beykoz şəhər prokurorluğunun faktla bağlı cinayət işi açdığı bildirilir. Polis şübhəliləri axtarır.
Qeyd edək ki, Akın 2000-2005-ci illərdə "Fənərbağça"da çıxış edib. O həmçinin “Anderlext”, “Köln”, “Karlsrue”, eləcə də Türkiyənin bir sıra klublarında çıxış edib. O, Türkiyə millisində 16 oyun keçirib və 3 qol vurub.
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ