Onlayn ictimai-siyasi qəzet
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyədə vilayətlərin sayını 100-ə çatdırmaq istəyi yenidən müzakirə edilməyə başlanıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda ölkədə 81 vilayət və 922 rayon var.
Türkiyə Statistika Təşkilatının (TÜİK) siyahıyaalma nəticələri 100 mindən çox əhalisi olan rayonları müəyyən edib. Vilayət olmaq üçün əhali, inkişaf və şəhər mərkəzindən ən az 30 kilometr məsafədə olma meyarları tələb olunur.
Mövcud şərtlərə görə, vilayət olmağa ən yaxın rayonlar aşağıdakılardır:
Polatlı (122.424)-Ankara, Tarsus (329.494)-Mersin, İnegöl (255.032)-Bursa, Çorlu (253.551)-Təkirdağ, Siverek (250.100)-Şanlıurfa, Manavgat (224.664)-Antalya, İskenderun (246.639)-Hatay, Akhisar (166.129)-Manisa, Fethiye (151.474)-Muğla, Ereğli (174.619)-Zonquldak, Erciş (173.203) -Van, Edremit (121.437)-Balıkesir, Bandırma (149.469)-Balıkesir, Nazilli (153.879)-Aydın, Cizre (133.908)-Şırnak, Lüleburgaz (145.263 )-Kırklareli, Ereğli (142.818)-Konya, Elbistan (142.783)-Kahramanmaraş, Ergani (126.824)-Diyarbakır, Kozan (129.985)-Adana, Ünye (122,597)-Ordu, Kahta (120.378)-Adıyaman, Midyat (108.242)-Mardin, Yüksekova (112.826)-Hakkari.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ