İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə hərbi sənaye məhsullarının ixracatını genişləndirir

Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.

AZƏRTAC xəbər verir ki, “T129 Atak” döyüş və taktiki kəşfiyyat helekopterinə olan maraq artmaqdadır. Anadolu Agentliyinin məlumatına görə, “T129 Atak” helekopterini Türkiyədən idxal edən ilk ölkə Filippin olub. Bildirilir ki, Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd “T129 Atak” və bir “C-295” təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.

Mütəxəssislər hesab edirlər ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR