İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik təsiri altında avtomobil idarə edənlər məsuliyyətə cəlb olundu

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, Balakən rayonunda son bir ay ərzində yol hərəkəti qaydalarını kobud şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR