İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya Cənubi Koreya ilə sərhədi “qalaya” çevirəcək

Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahı Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacaq və “KXDR-in cənub sərhədini qalaya çevirəcək”.

“Report” xəbər verir ki, hərbiçilərin bəyanatını Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

“Respublikamızın cənub sərhədi bölgəsində hər gün partlayış təhlükəsi yaradan hərbi böhranın genişləndiyi ciddi vəziyyətə cavab olaraq, KXO Baş Qərargahı respublikamızın dövlət hakimiyyəti altında olan ərazi hüdudlarının Koreya Respublikasının ərazisindən ardıcıl ayrılması üçün praktiki hərbi tədbirlər görəcəyini elan edir”, – məlumatda deyilir.

Pxenyanı bu addımları atmağa ABŞ və Cənubi Koreyanın çoxsaylı hərbi təlimləri və yarımadanın cənubunda Amerika strateji vasitələrinin peyda olması məcbur edir.

“Oktyabrın 9-dan etibarən KXDR-i Koreya Respublikası ilə birləşdirən xalq respublikası ərazisindəki avtomobil və dəmir yollarının tam kəsilməsinə və müdafiə qurğularının qalaya çevrilməsinə yönəlmiş tikinti işləri aparılacaq”, – KXO Baş Qərargahı bildirib. Pxenyan anlaşılmazlıqların qarşısını almaq üçün yerli vaxtla saat 09:45-də (Bakı vaxtı ilə 04:45) “həssas bölgələrdə” tikinti işləri barədə Vaşinqtona məlumat verib.

“Bu vəziyyətdə dəyişməz əsas düşmən olan Koreya Respublikası ilə həmsərhəd olan cənub sərhədini əbədi bağlamaq və bloklama qərarı respublikamızın özünümüdafiə, müharibənin qarşısının alınması və təhlükəsizliyinin təmin edilməsi tədbirləridir”, – KXDR hərbiçiləri vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR