Onlayn ictimai-siyasi qəzet
Tiranada sərbəst güləş üzrə gənclər arasında keçirilən dünya çempionatının seçmə mərhələsində gərgin anlar yaşanıb.
Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, yarış zamanı erməni güləşçi Leva Gevorkyan və türk idmançı Hakan Büyüçingil arasında mübahisə yaranıb və bu, davaya çevrilib.
Hər iki idmançı əvvəlcə döyüş texnikaları və fəndlərlə rəqibinə üstünlük qazanmağa çalışsa da, gərginlik davaya səbəb olub.
Hakimlər güləşçiləri sakitləşdirərək döyüşü dayandırıb və yarışa qısa fasilə verilib.
İnsidentdən sonra hər iki idmançı diskvalifikasiya edilib.
@@TVmusavat/99382@@
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ