Onlayn ictimai-siyasi qəzet
İstanbul Hava Limanında eyni anda 3 pistdən uçuş və eniş sistemi tətbiq olundu
Musavat.com xəbər verir ki, Türkiyə mülki aviasiya sahəsində Avropada misli görünməmiş bir yeniliyə imza atıb. İstanbul Hava Limanında eyni anda 3 fərqli pistdən 3 təyyarənin həm eniş, həm də qalxışına imkan verən qabaqcıl sistem uğurla istifadəyə verilib.
Yeni sistem sayəsində hava limanının eyni anda daha çox hava gəmisinə xidmət göstərməsi mümkün olacaq. Bu texniki yenilik, hava hərəkətində çevikliyi artırmaqla yanaşı, təyyarələrin gözləmə müddətini minimuma endirəcək və İstanbul Hava Limanının beynəlxalq hava nəqliyyatında strateji əhəmiyyətini daha da gücləndirəcək.
Bu sistemin tətbiqi ilə Türkiyə Avropada ilk dəfə belə bir texnologiyanı real əməliyyat şəraitində həyata keçirən ölkə statusunu qazanıb. Mütəxəssislər bu yeniliyin qlobal aviasiya sənayesi üçün nümunəvi model olacağını bildirirlər.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ