Onlayn ictimai-siyasi qəzet
Almaniyada keçirilən səs yarışmasında 14 yaşlı türk əsilli Tuana səhnəyə çıxaraq “Sən İstanbulsan” mahnısını elə bir duyğu ilə ifa edib ki, zalda göz yaşı tökməyən qalmayıb.
Musavat.com xəbər verir ki, güclü səsi və içdən gələn ifası ilə həm jüri üzvlərini, həm də izləyiciləri dərindən təsirləndirən gənc istedad, qısa zamanda sosial mediada da gündəmə çevrilib.
Tuananın ifası təkcə musiqi deyil, həm də bir kimlik, mədəniyyət və hisslər mesajı kimi qiymətləndirildi. Onun səhnədəki sadəliyi və duyğusal səmimiyyəti isə tamaşaçıların qəlbini fəth edib.
Musavat.com həmin ifanı təqdim edir.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ