Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 00:19
Türkiyə-Ermənistan oyunundan əvvəl türk polisi Azərbaycan Bayrağını təhvil aldıqdan sonra öpüb.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, azarkeşlərdən biri stadiona Azərbaycan bayrağı keçirmək istəyib, polis bayrağı alaraq səliqə ilə qatlayıb, sonra isə öpüb və digər polisə təhvil verib.
Həmin görüntüləri təqdim edirik:
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ