Onlayn ictimai-siyasi qəzet
Yeşilçamın əfsanəvi simalarından biri olan aktyor və müğənni Gökhan Güney sağlamlıq durumu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
1980-ci illərə damğa vuran "Candan Sevmeli", "Melek Yüzlüm" kimi mahnıların ifaçısı olan Gökhan Güney bel və ayağındakı şiddətli ağrılar səbəbilə xəstəxanaya aparılıb. Güney, vəziyyəti ilə bağlı pərəstişkarlarına açıqlama verib.
"Narahatlıq doğuracaq bir hal yoxdur"
71 yaşlı sənətçi açıqlamasında belə deyib:
Məni düşünən, halımı soruşan bütün sevənlərimə təşəkkür edirəm. Bazar gecəsi güclü bel və ayaq ağrısı ilə xəstəxanaya gəldik və dərhal xəstəxanaya yerləşdirildim. Hazırda müayinələr davam edir. Narahatlıq yaradacaq bir vəziyyət yoxdur. Özümü etibarlı əllərdə və sevgi ilə yanaşan bir xəstəxanada hiss edirəm. Mənim üçün narahat olan, zəng edən, halımı soruşan hər kəsə təşəkkür edirəm"./Baku.ws/
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ