İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: “Ukrayna məsələsində Rusiyanın mövqeyi ABŞ-la münasibətlərdən asılı deyil”

Rusiya Ukrayna ilə bağlı mövqeyini ABŞ-la münasibətlərin bərpası prosesindən asılı olmayaraq formalaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov vurğulayıb ki, Rusiya üçün əsas prioritet milli maraqların qorunmasıdır və bu mövqe ABŞ-la münasibətlərin dinamikasına bağlı deyil: “Ukrayna münaqişəsinin həlli və Rusiya Federasiyasının milli maraqlarının təmin olunması ABŞ-la əlaqələrin hansı səviyyədə olmasından asılı deyil”.

Kreml rəsmisi həmçinin bildirib ki, Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Kit Kelloqla hələlik heç bir təmas planlaşdırılmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR