Onlayn ictimai-siyasi qəzet
NATO-nun baş katibi Mark Rütte Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı “NATO-nun görkəmli lideri” adlandırıb və onun alyans daxilində yüksək hörmətə malik olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu açıqlama Rüttenin Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə hazırlıq çərçivəsində Ankarada Ərdoğanla görüşündən sonra səsləndirilib.
Baş katib görüşü “mükəmməl” adlandıraraq qeyd edib ki, sammit öncəsi Türkiyənin dəstəyi və təşəbbüsləri olduqca vacibdir.
Rütte PKK-nın özünü buraxması və silahları təhvil verməsi qərarını “çox, çox mühüm hadisə” kimi dəyərləndirib və vurğulayıb ki, Türkiyə NATO daxilində terror hücumlarından ən çox əziyyət çəkən müttəfiqlərdəndir.
Rütte həmçinin Ukraynadakı vəziyyəti müzakirə etdiklərini və orada sülhə doğru real imkan pəncərəsinin yarandığını bildirib. O, Türkiyənin müdafiə sənayesinin NATO üçün strateji əhəmiyyətini vurğulayıb və "Eurofighter" qırıcılarının satışı ilə bağlı çıxış edərək bəzi ölkələri bir müttəfiqdən digərinə silah satışına məhdudiyyət qoymamağa çağırıb.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ