İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kabab da yeyə bilmirəm” - İlhamə Elşadqızının məhkəmədən VİDEOSU

Narkotik ittihamı ilə həbs edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının (Əsgərova) məhkəmə istintaqı başlayıb.

O, konvoyun müşayiəti ilə məhkəmə salonuna gətirilib. 

İlhamə Elşadqızının zala daxil olan kimi ilk sözü “mənim günahım yoxdur, özüm də sıradan bir insan deyiləm. Bundan əlavə, xəstə ola-ola həbs edilmişəm. Öd kisəm yoxdur, kabab zad da yeyə bilmirəm”, - deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edir.

***

İlhamə Elşadqızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Amma xanım müttəhim ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib: “Mən Azərbaycan qadınıyam. Bundan əlavə, şairəm. Allah mənə ikiqat ağıl verib. Bütün günü hər yerdə məndən yazırdılar. İndi niyə məni ünsür kimi təqdim edirlər? Ağlı başımda qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm. Mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…

Bahar vaxtıdır, indi mənim yazıb-yaradan vaxtımdır. Götürüb salıblar Kürdəxanıya həbsə… Belə narkoman olar? Bu nə deməkdir? Mən həmişə televiziyada olmuşam, heç bir kişi ilə adım çıxmayıb. Dövlət tədbirlərində mənim şeirlərim səslənib (4 misra şeir deyir-red). Mən tərtəmiz, pak qadınam. Nə var-nə var “TikTok”da direl zad demişəm. Bu da xoş qarşılanmayıb. Bəraətimi istəyirəm”.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR