İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu məktəb BAĞLANIR - İDDİA

Biləsuvarda məktəbin bağlanması ilə bağlı iddialar yayılıb.

İddialara səbəb rayonun Nərimankənd kənd ümumi orta məktəbində şagird azlığıdır.

Bildirilir ki, kənddə hazırda iki məktəb - Şəhid Şirin Yolçu oğlu adına tam orta məktəb və Nərimankənd kənd orta məktəbi fəaliyyət göstərir. Orta məktəbin növbəti tədris ilindən bağlanılacağı ilə bağlı fikirlər dolaşır. 

Qeyd edək ki, orta məktəb 1990-cı illərin sonunda açılıb. Əvvəl 4 illik daha sonra 9 illik sistemə keçirilib. 

İddia ilə bağlı Şirvan Salyan Regional Təhsil İdarəsində sorğu ünvanladıq. 

Sözügedən məsələ ilə bağlı geridönüş edəcəklərini bildirsələr də, hələ ki, sorğumuz cavablandırılmayıb.//Lentaz

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR