İnsanlara hürriyət, millətlərə istiqlal!

Tunisdə batan gəmidəki azərbaycanlılar barədə RƏSMİ AÇIQLAMA

Bu gün Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, məsələ barədə XİN açıqlama yayıb.

Bildirilib ki, gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub:

“Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb.

Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR