Onlayn ictimai-siyasi qəzet
Bakıda "Komsomol dairəsi" kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.
Musavat.com xəbər verir ki, bunu modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrəfilov bildirib.
O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:
"Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb".
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ