İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon şefindən sərt açıqlama: ABŞ-ın Avropanın təhlükəsizliyinin yeganə təminatçısı olduğu dövr arxada qaldı

ABŞ artıq Avropanın təhlükəsizliyinin yeganə qarantı ola bilməz.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərindəki ABŞ Ordu Kollecində çıxışı zamanı deyib.

O, Avropanın öz təhlükəsizliyi üçün hərəkətə keçməsinin zəruri olduğunu bildirib: "ABŞ-ın Avropanın təhlükəsizliyinin yeganə təminatçısı olduğu dövr arxada qaldı. Bu, çoxdan baş verməli idi”. Pentaqonun rəhbərinin sözlərinə görə, Avropa NATO-nu gücləndirmək üçün addım atmalı və hərbi gücünü artırmalıdır.

O vurğulayıb ki, müasir təhdidlər kollektiv təhlükəsizliyə fərqli yanaşma tələb edir və buna görə də Heqset Avropanın NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb.

ABŞ müdafiə naziri əlavə edib ki, Vaşinqton onlara hərbi xərcləri ÜDM-in 5 faizinə qədər artırmaq üçün təzyiq göstərməyə davam edəcək, çünki “2 faizkifayət deyil”. Heqset nümunə kimi ÜDM-nin 5 faizini müdafiəyə xərcləməyi öhdəsinə götürmüş Polşanı göstərib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR