İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yenə GÜNDƏMDƏ

ABŞ-ın keçmiş prezidenti Donald Trampı yeni ittihamlarla bərabər, 50 ildən çox həbs cəzası gözləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı hüquqşünaslar arasında ciddi fikir ayrılıqları yaranıb.

Məlum olub ki, sabiq dövlət başçısı həbsxanaya düşsə belə, onun mühafizəsi əvvəlki qayda ilə dövlət tərəfindən təmin olunmalıdır.

ABŞ Cinayət Məcəlləsinin 371-ci bölməsində qeyd edildiyi kimi, "Birləşmiş Ştatları aldatmağa yönəlik sui-qəsd" hərəkətini törətmiş şəxsi cərimə və ya 5 ildən çox olmayan həbs cəzası gözləyir. 1512-ci maddədə göstərilən "rəsmi prosedurlara mane olma" ittihamı üzrə - cərimə və ya 20 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Məcəllənin 241-ci bəndinə əsasən, "hüquqlara qarşı sui-qəsd"ə görə cərimə və 10 ilədək həbs cəzası verilə bilər, lakin əməlin nəticəsi onu törədən şəxsin vəziyyətini ağırlaşdırmasına da gətirib çıxarır. Məlum olduğu kimi, Tramp tərəfdarlarının Kapitoliyə hücumu zamanı bir etirazçı və bir polis öldürülüb.

Prokuror Cek Smitin sözlərinə görə, siyasətçiyə qarşı irəli sürülən ittihamlar Kapitoliyə (6 yanvar 2021-ci il hadisəsi) hücum zamanı məsuliyyət daşıyanları cəzalandırmaq məqsədi daşıyır.

Tərtib olunan ittiham aktına görə, böyük jüri keçmiş prezidentin "ABŞ-ı aldatmaq üçün sui-qəsd", "rəsmi prosedurlara müdaxilə etməyə yönəlik sui-qəsd", "rəsmi prosedurlara müdaxilə və müdaxilə cəhdi", "hüquqlara qarşı sui-qəsd" maddələri ilə ittiham oluna biləcəyilə razılaşıb. Bu isə sabiq dövlət başçısının 50 il azadlıqdan məhrum olunma təhlükəsi qarşısında qaldığı deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR