Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə inkişaf yardımını 90 gün müddətinə dayandırmaq barədə sərəncam imzalayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, sənəd yanvarın 20-də Ağ Evin saytında dərc edilib.
“Mən bununla proqramların effektivliyini və onların ABŞ-nin xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün Amerikanın xarici inkişaf yardımına 90 günlük fasilə verməyi əmr edirəm”, - mətndə deyilir.
Əsaslandırılma ondan ibarətdir ki, ABŞ-nin “xarici yardım sənayesi” dövlətin maraqlarına uyğun deyil, bir çox halda ABŞ dəyərlərinə ziddir, həm də dünyada sabitliyin pozulmasına xidmət edir.
Sərəncama əsasən, gələcəkdə heç bir xarici yardım prezidentin xarici siyasətinə tam uyğun gəlməyən formada verilməməlidir.
Baxış zamanı ABŞ-nin müvafiq departament və agentliklərinin rəhbərləri xarici hökumətlərə, qeyri-hökumət və beynəlxalq təşkilatlara, o cümlədən podratçılara müvafiq ödənişləri dayandırmalıdırlar.
Qeyd edilib ki, çox güman ki, sənədə görə, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yeni ABŞ vəsaitlərinin axını dərhal dayandırılacaq.
Qeyd edək ki, andiçmə mərasimindən sonra Donald Tramp 200-dən çox sərəncam imzalayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ