İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Roma səfərində: “Rusiya və Ukrayna razılaşmaya çox yaxındır” - VİDEO

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Roma şəhərinə səfər ediblər. Səfərin əsas məqsədi Vatikanda vəfat edən Papa Fransiskin vida mərasimində iştirak etmək olsa da, Tramp bu səfəri beynəlxalq diplomatik müzakirələr üçün də mühüm fürsət kimi qiymətləndirir.

Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında sülh razılaşması artıq çox yaxın görünür:

“Onlar razılaşmaya çox yaxındırlar. İndi hər iki tərəfin çox yüksək səviyyədə görüş keçirməsi və danışıqları yekunlaşdırması lazımdır”, – deyə ABŞ prezidenti vurğulayıb.

Məlumata görə, Tramp Romada olarkən Rusiya və Ukrayna nümayəndələri ilə ayrıca görüşlər keçirməyi planlaşdırır. Sülh razılaşmasına dair detallı danışıqların təhlükəsizlik zəmanətləri, Krımın statusu və sanksiyaların tənzimlənməsi məsələlərini əhatə edəcəyi gözlənilir.

Xatırladaq ki, Donald Tramp son həftələrdə dəfələrlə sülh təşəbbüsləri ilə çıxış edib və ABŞ-ın vasitəçiliyi ilə tərəfləri çətin kompromisə çağırıb. Onun xüsusi nümayəndəsi Stiv Uitkof bir müddət öncə Moskva və Parisdə mühüm görüşlər keçirmişdi.

Hazırda gözlər Roma danışıqlarında olacaq. Trampın bəyanatı, tərəflər arasında gərginliyin azaldılması üçün yeni ümid pəncərəsinin açıldığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR