Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp uzun mənzilli JASSM raketlərini Ukraynaya ötürməyi planlaşdırmadığını bildirib.
Musavat.com xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib. Amerika lideri həmçinin bildirib ki, o, Rusiyanın Ukraynadakı müharibə ilə bağlı razılığa gəlməsi üçün nəzərdə tutulan 50 günlük “son müddəti” “çox uzun” hesab etmir: "Putinlə nə baş verəcəyini görəcəyik. İndiyədək Putin məni çox məyus edib. Son üç ayda bir çox müharibələri həll etmişəm. Amma hələ ki, bu müharibəni həll edə bilməmişəm".
Bundan əlavə, Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvanı vurmamalı olduğunu qeyd edib: "Mən heç kimin tərəfində deyiləm. Mən insanlığın tərəfindəyəm. Mən qətli dayandırmaq istəyirəm".
Maraqlıdır ki, CNN vəziyyətlə tanış olan ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Tramp Ukraynanı Rusiyanın dərinliklərinə hücum etməyə imkan verəcək uzaqmənzilli raketlərlə təchiz etmək imkanını istisna etmir. Bildirilir ki, son həftələrdə Ağ Ev rəhbəri avropalı müttəfiqləri ilə Ukraynaya müəyyən növ hücum silahlarının, xüsusən də Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-dan əvvəllər tələb etdiyi silahların verilməsi imkanlarını müzakirə edib.
Məlumatlı mənbə həmçinin bildirib ki, Tramp Ukraynanın Rusiyaya dərin zərbələr endirməyə qadir olub-olmaması ilə maraqlanıb. Bu yaxınlarda media Ağ Ev rəhbəri ilə Zelenski arasında bu telefon danışığının epizodunu dərc edib.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ