İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp AÇIQLADI: Bunu etməyəcək

Tramp səlahiyyət müddətinin ilk günündə yeni tariflər tətbiq etməyəcək.

Donald Tramp andiçmə mərasimindən sonra federal qurumları ticarət siyasətini qiymətləndirməyə çağıran memorandum imzalamaq niyyətindədir, lakin hələlik yeni idxal rüsumları tətbiq etməyi planlaşdırmır.

Musavat.com bu barədə  “The Wall Street Journal”a istinadən xəbər verir. 

Jurnal yazır ki, memorandum hər hansı yeni tarifləri nəzərdə tutmur. Əksinə, bu, yeni administrasiyanın hələ də Trampın seçkiqabağı vədlərini necə həyata keçirəcəyi ilə bağlı müzakirələr apardığını göstərir.

Nəşr qeyd edir ki, sənəddə Çin, Kanada və Meksika ilə ticarət əlaqələrinə böyük diqqət yetirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR