İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 907-ci düzəlişi rəsmən DAYANDIRDI

ABŞ prezidenti Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin Azərbaycanla bağlı fəaliyyətinin dayandırılması ilə bağlı memorandumunun mətni dərc olunub.

Sənəddə bildirilir ki, ABŞ Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxracın Maliyyələşdirilməsi və Əlaqədar Proqramlar Aktı çərçivəsində Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin dayandırılmasını təsdiqləyib.

Musavat.com xəbər verir ki, sənədə əsasən, “Azadlığa Dəstək Aktı”na əlavə edilmiş 907-ci düzəlişin Azərbaycana münasibətdə tətbiqi yenidən dayandırılıb.

Prezidentin qərarında qeyd olunur ki, bu addım:

• ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərinin dəstəklənməsi üçün vacibdir;
• ABŞ Silahlı Qüvvələrinin və koalisiya tərəfdaşlarının hazırlığını dəstəkləyir;
• Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır;
• Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını zəiflətmir və Ermənistan əleyhinə istifadə olunmayacaq.

Beləliklə, Tramp imzaladığı qərarla Azadlığa Dəstək Aktının 907-ci maddəsindən imtinanın müddətini uzadıb.

Qeyd edək ki, Tramp 907-ci düzəlişin dayandırılması haqqında fərmanı 8 avqust 2025-ci ildə imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR