Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp yaxın 2-3 həftə ərzində Rusiya lideri Vladimir Putinlə mümkün görüş barədə qərar veriləcəyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə "Clash Report" onun açıqlamasına istinadla məlumat yayıb.
Tramp çıxışında qeyd edib ki, dünya 2-3 həftə ərzində daha təhlükəsiz bir yerə çevriləcək və Rusiya Prezidenti ilə görüşün onu təşkil edə bildikləri an baş tutacağını bildirib.
“Görək, Rusiya və Ukrayna ilə bağlı nə baş verəcək. İndi evə qayıtmağın zamanıdır,” – deyə ABŞ Prezidenti vurğulayıb.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ